Simeone canlı efirdən "Real"ın ulduzuna təklif göndərdi: "Gəl, bizdə oyna"

Simeone canlı efirdən "Real"ın ulduzuna təklif göndərdi: "Gəl, bizdə oyna"

"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone "Real"ın yarımmüdafiəçisi Luka Modriçi komandasına dəvət edib. 

Fanat.Az xəbər verir ki, argentinalı çalışdırıcı DAZN ES-in efirindən xorvatiyalıya səslənib:

"Luka! Luka! Bizə qoşul, gəl "Atletiko"da oyna!" 

Xatırladaq ki, 38 yaşlı xorvatiyalı futbolçu 2012-ci ildən "Real Madrid"də çıxış edir. Modriç bu mövsüm bütün turnirlərdə 26 matçda meydana çıxıb, bir qol vurub və altı məhsuldar ötürmə edib. 

Qeyd edək ki, yarımmüdafiəçinin "Real"la müqaviləsi bu yay başa çatacaq. Onun anlaşmasının uzadılıb-uzadılmayacağı hələ məlum deyil. İspaniya mətbuatının nəlumatına görə, Modriç Səudiyyə Ərəbistanına gedə və ya karyerasını tamamilə bitirə bilər.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər