Silva PSJ-nin siyasətini tənqid etdi

Silva PSJ-nin siyasətini tənqid etdi

"Çelsi"nin müdafiəçisi Tyaqo Silva sabiq klubunun - PSJ-nin siyasətini tənqid edib.

Fanat.Az xəbər verir ki, "The Guardian" onun dediklərini belə çatdırıb: 

"Çox pulun olduğuna görə heç vaxt heç nəyə nail olmayacaqsan. Futbolda belə yanaşma işə yaramır. İstədiyin şey üçün dəqiq bir planın yoxdursa, heç nə alınmayacaq.

Öncə ölkə daxilində hörmət qazanmalısan ki, daha sonra sənə onun hüdudlarından kənarda da hörmət qoysunlar. Biz isə əksinə, əvvəlcə ölkə xaricində sevilmək istədik. Amma vətəndə hörmət qazanmaq üçün heç nə etmədik".

Xatırladaq ki, Silva "Çelsi"yə 2020-ci ildə qoşulub. O vaxtdan bəri "zadəganlar"ın forması ilə 125 oyun keçiriən braziliyalı oyunçu bu qarşılaşmalarda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər