Sezarın haqqı Sezara: Braziliya 1/4 finalda

Sezarın haqqı Sezara: Braziliya 1/4 finalda
Braziliyada keçirilən dünya çempionatı davam edir. Fanat.az xəbər verir ki, bu gecə 1/8 finala start verilib.
Mərhələnin ilk oyunu meydan sahibi Braziliya və Çili arasında keçirilib. Cənubi Amerika komandalarının qarşılaşmasının əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penalti seriyasında isə Braziliya yığmasının qapıçısı Julio Sezar daha yaxşı oynayaraq rəqibindən üstün olub - 3:2. Bununla da braziliyalılar ev sahibi olduqları turnirdə 1/4 finala çıxıblar.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 01.00-da Kolumbiya Uruqvayı sınağa çəkəcək.
DÇ-2014
1/8 final
28 iyun
21.00 Braziliya - Çili 1:1 (penalti - 3:2)
Qollar: David Luiz, 18 - Aleksis Sançes, 32.
Braziliya: Julio Sezar, Dani Alveş, Tyaqo Silva, David Luiz, Marselo, Fernandinyo (Ramires, 72), Oskar (Villian, 106), Luiz Qustavo, Halk, Fred (Jo, 64), Neymar.
Ehtiayt oyunçular: Cefferson, Viktor Baqi, Dante, Maksvell Andrade, Henrike, Maykon, Paulinyo, Hernanes, Bernard Duarte.
Baş məşqçi: Luiz Felipe Skolari.
Çili: Klaudio Bravo, Euqenyo Mena, Hari Medel (Jose Royas, 108), Qonzalo Jara, Maurisio İsla, Françisko Silva, Arturo Vidal (Maurisio Pinilla, 57), Çarles Aranquiz, Marselo Diaz, Aleksis Sançes, Eduardo Varqas (Felipe Qutiyerres, 57). 
Ehtiyat oyunçular: Kristofhr Toselli, Cimmi Herrera, Miiko Albornoz, Karlos Karmona, Jean Beauseyur, Jose Fuenzalida, Xorxe Valdivia, Fabian Orellana, Esteban Paredes.
Baş məşqçi: Baş məşqçi: Xorxe Sampaoli. 
Dəqiq olan penlatilər: David Luiz, Marselo, Neymar - Çarles Aranquiz, Marselo Diaz.
Dəqiq olmayan penaltilər: Villian, Halk - Maurisio Pinilla, Aleksis Sançes, Qonzalo Jara.
Sarı vərəqələr: Halk, 55. Luis Qustavo, 60. Jo, 93. Dani Alveş, 105+1 - Euqenio Mena, 17. Françisko Silva, 40. Maurisio Pinilla, 102.
Hakimlər: Hovard Uebb, Maykl Mullarkey, Darren Kann (İngiltərə), Feliks Brix (Almaniya).
Belo Horizonte. "Estadio Mineyro" stadionu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər