"Şeytansifət cırtdan özündən çıxmışdı" - Messi qalmaqal yaratdı, təhqir olundu

"Şeytansifət cırtdan özündən çıxmışdı" - Messi qalmaqal yaratdı, təhqir olundu

KONKAKAF Kubokunun 1/4 final mərhələsi çərçivəsində baş tutan "İnter Mayami" - "Monterrey" matçından (1:2) sonra Mayami təmsilçisinin superulduzu Lionel Messinin ünvanına təhqiramiz ifadələr işlədilib.

Fanat.Az "The Guardian"a istinadən xəbər verir ki, görüşün ardından Mayami təmsilçisinin çalışdırıcısı Xerardo Martino aralarında Messi, Luis Suares və Jordi Alba da olan futbolçuları ilə birlikdə oyunun baş hakimi Uolter Lopesə idarəçiliklə bağlı narazılıqlarını çatdırıblar.

Leo və komanda yoldaşları "Monterrey"in baş məşqçisi Fernando Ortis ilə də mübahisə ediblər. Ortisin köməkçisi Niko Sançesin insidentə reaksiyası isə belə olub:

"Şeytansifət cırdan (Messini nəzərdə tutur - red.) özündən çıxmışdı. O, yumruğunu üzümə tutub dedi: "Özünü kim hesab edirsən?" Ona tərəf baxmasam da, bu, vəziyyəti daha da mürəkkəbləşdirdi. Martino isə önümdə dayanaraq soruşdu: "Ağlayacaqsan, axmaq? Ağlayacaqsan?" Çox güman ki, bütün bu videoları siliblər, çünki onlar sadəcə olaraq qorxulu görünürdülər. Vəziyyət həqiqətən ciddi idi". 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər