"Şahdağ Qusar"a keçməyimin əsas səbəbi baş məşqçi postuna Füzuli Məmmədovun gətirilməsidir. Hər zaman oyunçuların arxasında duran, futbolçuları inkişaf etdirən mütəxəssidir. Füzuli müəllimin intizama xüsusi diqqət ayırdığını əvvəldən bilirdim. Onun futbol fəlsəfəsini çox bəyənirəm". Bu sözləri Fanat.Az -a açıqlamasında Qusar təmsilçisinin yarımmüdafiəçisi Seymur Məmmədov deyib. Orta xətt oyunçusu ilk 3 oyunda 3 qələbə qazanmalarına belə münasibət bildirib: "Hazırlığa vaxtında başladıq. İstər taktiki-texniki, istərsə də fiziki planda çox işlər gördük. Ümumilikdə mövsümə hazırlıq dönəmində ağır məşqlərimiz oldu. Yüksək səviyyədə sınaq matçları keçirdik. İlk üç oyunda maksimum nəticə qazanacağımızı əlbəttə ki, gözləyirdim. Çünki baş məşqçi bizə, biz də ona güvənirik. Komandada əla ab-hava var. Verilən tapşırıqları can-başla yerinə yetiririk. Amma yaxşı başlanğıc bizi arxayınlaşdıra bilməz. Daim irəli baxmalıyıq. Qarşıda hələ 20-dən çox oyunumuz var". Seymur "çempion olacağınıza inanırsanmı" sualını da cavabalandırıb: "Çox inanıram. Çünki bizə komanda olaraq yaxşı şərait yaradılıb. Rəhbərlik də texniki heyətin arxasındadır. Hər hansı problemimiz yoxdur. Uğurlu çıxışın ardını gətirməli, qarşımıza qoyulan hədəfə çatmalıyıq". Nihat
Seymur çempion olacaqlarına inanır: "Yaxşı başlanğıc bizi arxayınlaşdıra bilməz"
TREND
Azərbaycan futbolu
10:48
15.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:47
13.10.2026
"Neftçi" yerlilərə inamı qoruyur, "Turan Tovuz" isə... - Bonus cədvəli
Azərbaycan futbolu
01:20
09.10.2026
"Rakuv" Abdullanı istədi, Puxaç "yox" dedi
Oxşar xəbərlər
Azərbaycan futbolu
18:38
15.10.2026
AFFA-da 2027/2028 lisenziyalaşdırma mövsümünün açılış iclası keçirildi
Azərbaycan futbolu
18:19
15.10.2026
"Qarabağ"ın 3 futbolçusu "Neftçi"yə qarşı oynaya bilməyəcək
Azərbaycan futbolu
17:50
15.10.2026
"Sabah"la oyun ərəfəsində "Qəbələ" qapıçısını itirdi
Azərbaycan futbolu
17:14
15.10.2026
1-ci Liqa: Lider ilk məğlubiyyətin acısını daddı, "Səbail"dən inamlı qələbə