Şeydayevin yeni baş məşqçisi bilindi

Şeydayevin yeni baş məşqçisi bilindi

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor"un yeni baş məşqçisi müəyyənləşib.

Fanat.Az "TRT Spor"a istinadən xəbər verir ki, komandaya Mustafa Gürsel başlılıq edəcək. 

Xəbərə görə, təyinat tezliklə açıqlanacaq.

Gürsel bu postda dünən istefaya göndərilən Ertuğrul Sağlamı əvəzləyəcək. 49 yaşlı mütəxəssisin son klubu ötən həftə tərk etdiyi "Ümraniyespor" olub. O, sözügedən I Liqa klubunda 5 ay davam gətirib.

Qeyd edək ki, "Kocaelispor" I Liqada 43 xalla 3-cü sırada qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər