"Sevilya"nı o çalışdıracaq - Razılıq əldə olundu

"Sevilya"nı o çalışdıracaq - Razılıq əldə olundu

"Valensiya"nın sabiq baş məşqçisi Kike Sançes Flores "Sevilya"nı çalışdırmağa yaxındır. 

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.

Mənbənin məlumatına görə, 58 yaşlı mütəxəssis tezliklə Əndəlus klubu ilə müqavilə imzalayacaq. Onun artıq "Sevilya" ilə müqavilənin bütün şərtlərini razılaşdırdığı iddia edilir.

Xatırladaq ki, “Sevilya” bu yaxında Dieqo Alonsonu komandadan uzaqlaşdırıb. La Liqa təmsilçisi Uruqvay millisinin sabiq çalışdırıcısının rəhbərliyi altında son 10 matçda cəmi 1 qələbə qazanıb ki, bunun da 6-sı məğlubiyyətlə başa çatıb.

Flores "Xetafe"dən qovulduqdan sonra işsiz idi. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər