“Sevilya”da baş məşqçi dəyişikliyi

“Sevilya”da baş məşqçi dəyişikliyi

“Sevilya” rəhbərliyi komandanın baş məşqçisi Xorxe Sampaolini istefaya göndərib.

Fanat.Az xəbər verir ki, məlumatı Əndəlüs təmsilçisinin rəsmi saytı yayıb.

Sampaoli 2022-ci ilin oktyabrından “Sevilya”nı çalışdırırdı. Komanda 63 yaşlı argentinalının rəhbərliyi altında 31 oyun keçirib. Mütəxəssis bu görüşlərdə 13 qələbə, 6 heç-heçə və 12 məğlubiyyətlə yadda qalıb.

“Sevilya” La Liqada keçirdiyi 26 oyundan sonra 28 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Artıq yeni baş məşqçi də məlumdur. Klub rəhbərliyi Sampaolini Xose Luis Mendilibarla əvəz edib. İspaniyadan olan 62 yaşlı mütəxəssislə müqavilə bu mövsümün sonuna kimi nəzərdə tutulub. 

Mendilibar son olaraq İspaniyanin “Alaves” komandasının baş məşqçisi olub. O, 2022-ci ilin aprelindən bəri işsiz idi. Təcrübəli mütəxəssis daha öncə “Eybar”, “Levante”, “Osasuna”, “Valyadolid”, “Atletik” kimi komandalara rəhbərlik edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər