"Sevilya" Rakitiçin getdiyini açıqladı

"Sevilya" Rakitiçin getdiyini açıqladı

İspaniya "Sevilya"sı rəsmi saytı vasitəsi ilə yarımmüdafiəçi İvan Rakitiçin klubu tərk etdiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, daha öncə xorvat oyunçunun Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Şabab" ilə 2 illik müqavilə bağlayacağı ilə bağlı məlumatlar yayılıb.

Xatırladaq ki, 35 yaşlı İvan "Sevilya"ya 2020-ci ildə "Barselona"dan keçmişdi. O, 2011-2014-cü illər aralığında da Əndəlüs klubunun formasını geyinmişdi.   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər