Sevilya Liqası: ardıcıl 3-cü dəfə...

Sevilya Liqası: ardıcıl 3-cü dəfə...
Avropa Liqasında 2015/16 mövsümünə yekun vurulub. Fanat.az xəbər verir ki, turirin final matçında "Liverpul"a "Sevilya" münasibətlərinə aydınlıq gətirib.
Bazeldəki “Sent Yakob-Park” stadionunda baş tutan final matçında 4 qol vurulub. Hesabı 35-ci dəqiqədə "Liverpul"dan Daniel Sturridge açıb. İkinci yarıya fəal başlayan "Sevilya" 46-cı dəqiqədə Kevin Qameyronun qoluna sevinib. 64-70-ci dəqiqələrdə dubl edən Koke isə matçın taleyini həll edib - 3:1.
Beləliklə, "Sevilya" avrokuboklarda möhtəşəm uğura imza atıb. Belə ki, İspaniya klubu ardıcıl 3-cü dəfə Avropa Liqasının qalibi olub. 2014 və 2015-ci illərdə də eyni uğura imza atan La Liqa təmsilçisi 5-ci dəfə turnirin qalibi adını qazanıb. "Sevilya" 2006 və 2007-ci illərdə də turnirin qalibi olub. Bu Avropa Liqasının mütləq rekordudu.
"Liverpul" "İnter" və "Yuventus"la birlikdə "Sevilya"dan sonra kuboku ən çox qazanan komandadı. Belə ki, hər 3 klub 3 dəf kuboka sahib çıxıb. İngiltərə təmsilçisi bundan əvvəlki bütün finallarda qalib olub. Belə ki, "qırmızılar" 1973, 1976 və 2001-ci illərdə vəsiqə qazandığı finallarda kuboku rəqibə güzəşt etməyib. "Liverpul" 15 il sonra çıxdığı finalda uğursuz olub.
Hər iki komanda milli çempionatlarda uğurlu mövsüm keçirməyib və Çempionlar Liqasına vəsiqə qazana bilməmişdi (“Sevilya” 7-ci yer tutaraq Avroliqaya vəsiqəni təmin edib, “Liverpul” isə 8-ci olmaqla avrokuboklardan kənarda qalıb). Bu səbəbdən onlar son şanslarından istifadə etmək istəyirdi. Çünki UEFA Avropa Liqasının qalibi olan komandalara növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqə verir. Bu hüquqa "Sevilya" imza atıb.
Avropa Liqası
Final
18 may
Liverpul (İngiltərə) - Sevilya (İspaniya) 1:3
Qollar: Daniel Sturridge, 35 - Kevin Qameyro, 46. Koke, 64; 70.
Liverpul: 22. Simon Mignolet, 2. Nataniel Kline, 4. Kolo Ture (9. Kristian Benteke, 72), 6. Deyan Lovren, 7. Ceyms Milner, 10. Filip Koutinyo, 11. Roberto Firmino (27. Divok Origi, 69), 15. Daniel Sturridge, 18. Alberto Moreno, 20. Adam Lallana (24. Co Allen, 73), 23. Emre Can.
Ehtiyat oyunçular: 52. Danni Vard, 14. Cordan Henderson, 21. Lukas Leyva, 37. Martin Skrtel.
Baş məşqçi: Yurgen Klopp.
Sevilya: 31. David Soria, 3. Adil Rami (5. Timoti Kolodzieyçak, 78), 4. Qreqori Krişovyak, 6. Daniel Karriso, 9. Kevin Qameyro (8. Visente İborra, 89), 15. Stiven N`Zonzi, 18. Serxio Eskudero, 19. Ever Baneqa (14. Sebastian Kristoforo, 90+3), 20. Vitolo Maşin, 23. Koke, 25. Mariano Ferreyra.
Ehtiyat oyunçular: 1. Serxio Riko, 21. Nikolas Pareya, 22. Yevgeni Konoplyanka, 24. Fernando Llorente.
Baş məşqçi: Unai Emery.
Sarı vərəqələr: Deyan Lovren, 30. Divok Origi, 72. Nataniel Kline, 90+4 - Vitolo Maşin, 56. Ever Baneqa, 57. Adil Rami, 77. Mariano Ferreyra, 84.
Hakimlər: Yonas Eriksson, Matias Klasenius, Daniel Varnmark (hamısı İsveç), Sveyn Oddvar Moen (Norveç).
Əlavə hakim köməkçiləri: Stefan Yohannesson, Markus Strpmberqsson (İsveç).
Bazel. “Sent Yakob-Park” stadionu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər