Sevilya klubu yeni stadiona köçür - FOTO

Sevilya klubu yeni stadiona köçür - FOTO

İspaniyanın "Real Betis" klubu yeni stadion inşa edəcək. 

Fanat.Az xəbər verir ki, bu barədə Əndəlüs təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

La Liqa klubunun səhmdarlarının illik yığıncağında yeni "Benito Villamarin" stadionunun layihəsi təqdim olunub. İşlərin 2025-ci ilin yayında başlaması gözlənilir. Növbəti iki mövsümdə "Betis" Sevilyadakı Olimpiya stadionu olan "La Cartuja"da çıxış edəcək.

"Betis" klubu həmçinin sosial şəbəkə hesabında yeni stadion layihəsinin bir neçə fotosunu yerləşdirib.

"Estadio Benito Villamarin" 1929-cu ildə açılıb. 2016-2017-ci illər arasında arena tutumunu artırmaq üçün yenidən qurulub. Stadion 60 mindən çox azarkeşi qəbul edə bilir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər