"Sevilya" DÇ-yə damğa vuran ulduzu satır - SON DURUM

"Sevilya" DÇ-yə damğa vuran ulduzu satır - SON DURUM

"Sevilya"nın və Mərakeş millisinin hücumçusu Yussef En-Nesiri karyerasını İngiltərədə davam etdirə bilər.

Fanat.Az "Estadio Deportivo"ya istinadən xəbər verir ki, sözügedən forvardın xidmətində "Vest Hem" maraqlıdır.

Xəbərə görə, "Sevilya" rəhbərliyi  bu mövsüm klubunun forması ilə çıxdığı 16 oyunda cəmi 2 qol vuran En-Nesirinin məhsuldarlığından narazıdır və onu satmağa hazırdır. Mənbə daha öncə də Yussef üçün İspaniya klubuna 30 milyon avro təklif edən və rədd cavabı alan ingilislərin bu dəfə istəyinə çatmağa çox yaxın olduğunu vurğulayıb.

Xatırladaq ki, DÇ-2022-də Mərakeş millisi ilə yarımfinala qədər irəliləyən Ən-Nəsiri mundialda 3 qol vurub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər