Şevçenkonun Ukrayna millisindən ayrılmasının səbəbi bilindi

Şevçenkonun Ukrayna millisindən ayrılmasının səbəbi bilindi
Andrey Şevçenkonun Ukrayna millisinin baş məşqçi postunu tərk etməsinin səbəbi açıqlanıb.
Fanat.Az "Obazrevatel"ə (Обозреватель) istinadən xəbər verir ki, mütəxəssis Ukrayna Futbol Assosiasiyası (UFA) ilə maliyyə məsələsində razılığa gələ bilməyib.
Avro-2020-də 1/4 finaladək irəliləyən Ukrayna millisi 16 milyon avro qazandığı halda, Şevçenkonun başçılıq etdiyi məşqçilər korpusu üçün istədiyi 3 milyon avro əməkhaqqı UFA rəhbərliyinə çox görünüb. Belə ki, qurum rəsmiləri yeni müqavilənin şərtlərini müzakirə etdikləri görüş zamanı qarşı tərəfə 1,5 milyon avro ödəyə biləcəklərini çatdırıblar. Bununla razılaşmayan Şeva və köməkçiləri yığma ilə vidalaşıb.
Nihat 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər