Şevçenko "Spartak"ın forvardını İtaliyaya aparmaq istəyir

Şevçenko "Spartak"ın forvardını İtaliyaya aparmaq istəyir

İtaliya A Seriyasında mübarizə aparan "Cenoa" Moskva "Spartak"ının hücumçusu Esekyel Ponseni heyətinə qatmaq istəyir.

Fanat.Az xəbər verir ki, informasiyanı "Tuttosport" yayıb.

Ponsenin "Spartak"la olan müqaviləsinin müddəti 2024-cü ilə qədərdir. 24 yaşlı argentinalı oktyabrda dizindən əməliyyat olunub. Onun mövsümün ikinci yarısında komandasına kömək edə biləcəyi proqnozlaşdırılır.

"Cenoa"nı bu ilin avqustunda Ukrayna millisindən ayrılan Andrey Şevçenko çalışdırır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər