Yanvarın 31-də Polşa millisinin yeni baş məşqçisinin adı açıqlanacaq.
Fanat.Az xəbər verir ki, bu barədə ölkənin futbol ittifaqı məlumat yayıb.
İddialara görə, bu vəzifəyə əsas namizədlərdən biri “Cenoa”nın və Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenkodur.
"Meta-ratings.com.ua"-nın yaydığı xəbərə əsasən, Polşa Futbol İttifaqının rəhbəri Sezari Kuleşa milli DÇ-2022-nin seçmə mərhələsində uğursuz çıxış etsə belə Şevçenkonu vəzifəsindən azad etməyəcəyini bildirib.
Artıq Şevçenko ilə müqavilənin müddəti ilə bağlı razılıq da əldə olunub. Qətərdə keçiriləcək dünya çempionatında iştirak etməyəcəyi təqdirdə, Andrey Millətlər Liqasında komandaya rəhbərlik edəcək. Polşa tərəfi Andrey Şevçenkonun maliyyə tələblərini yerinə yetirməyə hazırdır.
Qeyd edək ki, martın 24-də Polşa millisi Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə uğrunda Rusiya millisi ilə pley-off matçına çıxacaq.
Xatırladaq ki, Şevçenko yanvarda “Cenoa”nın baş məşqçi postunu tərk edib.
Emin