Şevçenko İtaliyanın bu klubunu ala bilər

Şevçenko İtaliyanın bu klubunu ala bilər

Kiyev “Dinamo”su, “Milan” və Ukrayna millisinin sabiq hücumçusu Andrey Şevçenko İtaliyanın “Peskara” klubunun sahibi olmağa əsas namizədlərdəndir.

Fanat.Az xəbər verir ki, bu barədə “İl Peskara” saytı məlumat yayıb.

Mənbənin yazdığına görə, ukraynalı mütəxəssis klubun səhmlərini italiyalı sahibkarlarla şərikli ala bilər. 

"Peskara" İtaliyanın üçüncü divizionu olan C Seriyasında mübarizə aparır və növbəti mövsümdən B Seriyasında iştirak etmək hüququ qazanıb.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər