Şevçenko İngiltərə ilə heç-heçəni belə şərh etdi

Şevçenko İngiltərə ilə heç-heçəni belə şərh etdi

Ukrayna millisinin sabiq hücumçusu və baş məşqçisi Andrey Şevçenko ölkəsinin millisinin AÇ-2024-ün seçmə mərhələsinin oyununda İngiltərə ilə heç-heçə etməsinə (1:1) münasibət bildirib.

Fanat.Az xəbər verir ki, Şeva sosial şəbəkə hesablarında belə paylaşım edib:

"Ukrayna yığmasını və baş məşqçi Sergey Rebrovu vacib bərabərlik və yaxşı oyun münasibəti ilə təbrik edirəm. Milli matça əla köklənmişdi. Futbolçular meydanda inanılmaz şəkildə döyüşdülər! Azarkeşlərə meydandakı ab-hava üçün böyük təşəkkür düşür! Bizimkilərə azarkeşlik edirik".

Qeyd edək ki, İngiltərəni Polşada qəbul edən Ukrayna sabah İtaliyanın qonağı olacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər