Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenkonubn karyerasını İtaliyada davam etdirəcəyi ilə bağlı yayılan informasiyalar rəsmi təsdiqini tapıb.
Fanat.Az xəbər verir ki, 45 yaşlı mütəxəssis “Cenoa”nı çalışdıracaq. Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Onunla bağlanacaq müqavilənin detalları açıqlanmayıb. İtaliya mətbuatı Şevçenkonun 2023-cü ilin yayına qədər nəzərdə tutulan anlaşmaya qol çəkəcəyini yazıb. “Cenoa” A Seriyasında 12 oyundan sonra 9 xalla 15-ci pillədə qərarlaşıb.
Nihat