Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko karyerasını İtaliya A Seriyasında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı tanınmış jurnalist Nikolo Skira yayıb.
Xəbərə görə, 45 yaşlı mütəxəssis "Cenoa" klubunun baş məşqçisi olacaq. Klubla ukraynalı çalışdırıcı arasında danışıqlar son mərhələdədir.
Skira qeyd edib ki, Şevçenko ilə müddəti 2023-cü ilə qədər olan müqavilə imzalayacaq. Onun illik 1,8 milyon avro qazanacağı gözlənilir. Hətta müqaviləni daha bir mövsüm uzatmaq imkanı var.
Xatırladaq ki, Andret Şevçenki 2016-2021-ci illərdə Ukrayna millisini çalışdırıb.
Emin