Səudiyyə Ərəbistanı klubu Arissabalaqaya təklif göndərdi

Səudiyyə Ərəbistanı klubu Arissabalaqaya təklif göndərdi

"Çelsi"nin qapıçısı Kepa Arissabalaqa karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, məlumatı "Marca" yayıb.

Xəbərə görə, 29 yaşlı qolkiper "Əl-İttihad"dan sərfəli təklif alıb. Mənbə sözügedən klubun ispan "çərçivə" qoruyucusunun transferini prioritet saydığını, Kepanın isə ərəblərdən düşünmək üçün vaxt istədiyini vurğulayıb.

Xatırladaq ki, Arissabalaqa son mövsümdə icarə əsasında "Real Madrid"in formasını geyinib. İspaniya nəhəngində ümumilikdə 20 matça çıxan futbolçu bu qarşılaşmaların 8-də qapısını toxunulmaz saxlayıb. Onun "Çelsi" ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər