Səudiyyə Ərəbistanı Amerika Kubokunda iştirak təklifi aldı

Səudiyyə Ərəbistanı Amerika Kubokunda iştirak təklifi aldı

Futbol üzrə Səudiyyə Ərəbistanı millisi 2024-cü ildə Paraqvayda keçiriləcək Amerika Kubokunda iştirak təklifi alıb.

Fanat.Az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yasir Əl-Mişal deyib:

"Amerika Kubokunda oynamaq təklifi almışıq. Uyğun imkan yaransa, bu turnirə qatılacağıq".

Xatırladaq ki, Amerika Kubokunda KONMEBOL-a üzv olmayan ölkələrin yığmalarının iştirakı ənənəvi haldır. Müxtəlif vaxtlarda ABŞ, Meksika, Qətər və başqa ölkələrin seçmələri sözügedən yarışda gücünü sınayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər