"Barselona"nın baş məşqçisi Kike Setyen La Liqadakı son vəziyyəti dəyərləndirib.
Fanat.Az "Evening Standard"a istinadən xəbər verir ki, Setyen "Real"ın növbəti oyunlardan birində xal itirəcəyindən əmin olduğunu bildirib:
"7 oyun qalıb və onların hamısından qalib ayrılmaq çox çətindi. "Real" hələ xal itirməyib, amma futbol elə bir oyundur ki, hər an hər şey ola bilər.
Biz kimi, onların da yaxşı formada olduğu doğrudu. Lakin bir anda hər şey dəyişə bilər. Mən "Real"ın səhv edəcəyindən əminəm".
31 turdan sonra aktivində 68 xalı olan "Real" liderdi. Eyni xala malik "Barsa" isə ikincidi. Katalon klubu əlavə göstəricilərə görə əzəli rəqibindən geri qalır.
Fanat.Az