Serxio Ramosla bağlı PSJ-dən rəsmi açıqlama

Serxio Ramosla bağlı PSJ-dən rəsmi açıqlama

PSJ-nin idman direktoru Leonardo ispan müdafiəçi Serxio Ramosla imzalanan müqavilənin vaxtından əvvəl pozulacağıyla bağlı yayılan iddialara aydınlıq gətirib.

Fanat.Az xəbər verir ki, klub rəsmisi belə danışıb:

"Müqaviləyə xitam vermək barədə düşünmürük. Ramosla anlaşandan əvvəl də zədəli olduğunu bilirdik. Bir az səbr etmək və onun kollektiv məşqlərə qatılacağı günü gözləmək lazımdır".

Qeyd edək ki, yayda heyətə qatılan və müddəti 2023-cü ilin yayına qədər olan anlaşmaya imza atan Ramos baldırın ikibaşlı əzələsindəki zədə üzündən Paris təmsilçisində debüt edə bilməyib.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər