"Sevilya"nın vitse-prezidenti Nido Karrasko PSJ-dən ayrılan Serxio Ramosu heyətə qatacaqları ilə bağlı yayılan informasiyalara aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, AS nəşri Əndəlüs təmsilçisinin rəsmisinin dediklərini belə çatdırıb:
"Yox, yox. Serxio Ramosu sıralarımıza cəlb etmək niyyətində deyilik. O, bizim akademiyamızda böyümüş, əla futbolçudur. Amma bu gün "Sevilya" üçün bu variant mövcud deyil".
Ramos 2005-ci ildə "Sevilya"dan "Real Madrid"ə keçib.
Qeyd edək ki, 2021-ci ildə İspaniya nəhəngindən ayrılaraq azad agent qimində PSJ-yə qoşulan təcrübəli futbolçu geridə qalan mövsümdə parislilərin forması ilə bütün turnirlərdə 45 matça çıxıb. Bu görüşlərdə 4 qol vuran Serxio 1 məhsuldar ötürmə ilə də diqqət mərkəzinə düşüb.
Nihat