Serxio Ramos PSJ-də?

Serxio Ramos PSJ-də?
"Real Madrid"dən ayrılan Serxio Ramosun gedəcəyi klub bəlli olub. 
Fanat.Az xəbər verir ki, bu barədə AS məlumat yayıb. 
Xəbərə görə, ispan müdafiəçinin PSJ-yə keçəcəyi iddia olunur. Hazırda Ramosa ən uyğun variant olaraq Fransa təmsilçisi göstərilir. 
Qeyd edək ki, 35 yaşlı futbolçu 2005-ci ildən "Real Madrid"də çıxış edir. O, bu müddət ərzində 469 oyunda meydana çıxıb və 72 qola imza atıb. 
 
Aygün
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər