Serxio Ramos İtaliya nəhənginə keçə bilər

Serxio Ramos İtaliya nəhənginə keçə bilər

İspan müdafiəçi Serxio Ramos karyerasını İtaliya nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Tuttosport" yayıb.

Xəbərə görə, 38 yaşlı oyunçunun xidmətində "Yuventus" maraqlıdır. Mənbə Turin klubunun rəhbərliyinin Ramosa xaçvari diz bağları qopduğu üçün uzun müddətə sıradan çıxan braziliyalı stopper Qleyson Bremerin layiqli əvəzləyicisi gözüylə baxdığını vurğulayıb. 

Xatırladaq ki, Ramos bu ilin yayında "Sevilya"dan ayrılıb və hazırda azad agent statusu daşıyır.

Nihat

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər