Serxio Ramos Avropa rekordunu yenilədi

Serxio Ramos Avropa rekordunu yenilədi
Madrid "Real"ının və ispaniya millisinin müdafiəçisi Serxio Ramos Avropa rekordçusu olub.
Fanat.Az xəbər verir ki, UEFA Millətlər Liqasının 5-ci turunda İsveçrəyə qarşı oynayan Ramos 177-ci milli matçını keçirib.
Beləliklə, o, İtaliya millisinin sabiq qolkiperi Canluici Buffonun (176 oyun) rekordunu yeniləyib.
Qeyd edək ki, milli formada keçirdiyi oyun sayına görə dünya rekordçusu 184 oyunla misirli Əhməd Hassandır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər