Seru Girassidən tarixi rekord - Beləsi Bundesliqada olmamışdı

Seru Girassidən tarixi rekord - Beləsi Bundesliqada olmamışdı

"Ştutqart"ın hücumçusu Seru Girassi Bundesliqa tarixinin rekordunu müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, o, buna Almaniya çempionatının 9-cu turunun oyununda - "Union Berlin"lə matçda qol vurmaqla nail olub. 

Beləliklə, sözügdən forvard Bundesliqanın ilk səkkiz turunda 14-cü qoluna imza ataraq heç bir futbolçunun bacarmadığını edib. Serunun ən yaxın təqibçisi hazırda "Barselona"nın uğurları üçün çalışan Robert Levandovskidir. Polşalı futbolçu 2020-2021 mövsümündə "Bayern Münhen"də çıxış edərkən Bundesliqanın ilk 8 turunda 11 dəfə rəqib qapıçıları məyus etmişdi.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər