Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

Fransanın "Olimpik Lion" klubunun yarımmüdafiəçisi Rayan Şerki iş yerini dəyişəcəyini açıqlayıb.

Fanat.Az-ın "L'Equipe"yə istinadən məlumatına görə, 21 yaşlı futbolçu belə danışıb:

"Lion"a verdiyim faydaya ilə qürur duyuram. Gələcəkdə hansı komandada oynayacağımı bilmirəm. "Anje"yə qarşı matç sonuncu idi".

Daha öncə sözügedən oyunçunun Dortmund "Borussiya"sına keçəcəyi ilə bağlı informasiyalar dərc edilib.

Qeyd edək ki, Şerki "Lion"un yetirməsidir. O, 2019-cu ildən əsas komandada çıxış edir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər