Seriya A: Derbidə qol səsi çıxmadı

Seriya A: Derbidə qol səsi çıxmadı

İtaliya A Seriyasında 6-cı tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 5 oyun baş tutub.

“Udineze” – “Kalyari” və “Yuventus” – “Milan” matçlarında qalib müəyyənləşməyib.

“Bolonya” “Piza”nı 4 cavabsız qolla üstələyib. “Roma” “Fiorentina”nı səfərdə, “Napoli” isə “Cenoa”nı evdə 2:1 hesabıyla məğlub edib.

Hazırda “Napoli” və “Roma” 15, “Milan” 13, “İnter” və “Yuventus” 12, “Atalanta” və “Bolonya” 10 xal toplayıblar.

İtaliya A Seriyası 6-cı tur 3 oktyabr

Verona – Sassuolo 0:1 Qol: Pinamonti, 71.

4 oktyabr

Latsio – Torino 3:3 Qollar: Kançelyeri, 24; 40. Kataldi, 90+13-pen – C.Simeone, 16. K.Adams, 73. Koko, 90+3.

Parma – Leççe 0:1 Qol: Söttil, 38.

İnter – Kremoneze 4:1 Qollar: L.Martines, 6. Bonni, 38. Dimarko, 55. Barella, 57 – Bonatsoli, 87.

Atalanta – Komo 1:1 Qollar: Samardziç, 6 – Perrone, 19.

5 oktyabr

Udineze – Kalyari 1:1 Qollar: Kabasele, 58 – Borelli, 25.

Bolonya – Piza 4:0 Qollar: Kambyaqi, 24. Moro, 38. Orsolini, 40. Edqor, 53.

Fiorentina – Roma 1:2 Qollar: M.Kin, 14 – Sule, 22. Kristante, 30.

Napoli – Cenoa 2:1 Qollar: Anqissa, 57. Höylund, 75 – Ekhator, 34.

Yuventus – Milan 0:0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər