Sergen Yalçından etiraz: Hakimləri qərəzdə günahlandırdı

Sergen Yalçından etiraz: Hakimləri qərəzdə günahlandırdı

"Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın Türkiyə Superliqasının oyunlarını idarə edən hakimlər və VAR sistemindən narazıdır.

Fanat.Az "Fotomaç"a istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis ədalət təmsilçilərini qərəzli olmaqda ittiham edib: 

"Qalatasaray"la oyunda bizə qarşı penalti verildi. “Alanyaspor” matçında da oxşar epizod yaşadıq, amma 100%-lik penalti bizim lehimizə verilmədi. VAR-dan bizim xeyrimizə heç bir qərar çıxmadı. "Beşiktaş" bu qədər oyun keçirir, amma lehimizə bir qərar verilmir. VAR bütün komandaların oyunlarında olduğu kimi bizim də epizodlarda məsələyə qarışmalıdır. Çətin rəqiblərlə üzləşirik. Bizim qapıya vurulan qollar sayılır, amma biz vurduğumuz qollar yox. Qayda pozuntusundan qapımıza vurulan qollar sayılır, ancaq bizim qazandığımız penaltilər verilmir".

Sərgən Yalçının çıxışının bir hissəsini təqdim edirik: 

 

Xatırladaq ki, Türkiyə Superliqasında 13 turdan sonra "Beşiktaş" 20 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər