Sergen Yalçın Vidaya xüsusi tapşırıq verdi - DERBİYƏ DOĞRU

Sergen Yalçın Vidaya xüsusi tapşırıq verdi - DERBİYƏ DOĞRU
"Beşiktaş”ı sabah baş tutacaq İstanbul derbisinə hazırlayan Sergen Yalçın xorvat müdafiəçi Domaqoy Vidaya xüsusi tapşırıq verib.
 
Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş məşqçi sözügedən legioneri "Qalatasaray”ın kolumbiyalı ulduzu Radamel Falkaoya qarşı fərdi oynadacaq.
Vida tərəflərin cari mövsüm baş tutan ilk duelində Florin Andoneyə qarşı eyni qaydada mübarizə aparmışdı. Həmin matçda işinin öhdəsindən gələn arxa xətt oyunçusu Falkao zədəli olduğu üçün hücumda mövqe tutan Andoneyə heç bir şans verməmişdi.
 
Təsadüfi deyil ki, "qartallar”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmada qonaqlar olduqca zəif təsir bağışlamışdı. 80-ci dəqiqəyə qədər "Beşiktaş”ın qapısı qarşısında ciddi təhlükə yarada bilməyən "sarı-qırmızılar” belə desək, haqq etdiyi yenilgini almışdı. Türk mütəxəssis "Türk Telekom”da çıxdığı son 7 matçda 8 qol vuran Falkaonu bu yolla zərərsizləşdirə biləcəklərinə inanır.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər