Sərgən Yalçın Super Liqaya qayıdır

Sərgən Yalçın Super Liqaya qayıdır

Türkiyə Super Liqasının son  9 turunda  qalib gələ bilməyən "Qaziantep"də  radikal dəyişikliklərə qərar verilib.  Fanat.Az xəbər verir ki, türkiyə mətbuatında "qırmızı-qaralar" çalışdırıcısı Erol Bulutla yollarını ayıracağı iddia edilir. 2021-ci ildən Antep təmsilçisinin uğurları üçün çalışan Bulutun yerinə 3 nəfər namizəddir. Yeni prezidentin bir neçə gün sonra  Sergen Yalçın, İlhan Palut və Levent Şahinlə görüşəcəyi bildirilir. İddialara görə sözü gedən posta ən real namizəd 2020-2021 mövsümündə "Beşiktaş"la çempionluq yaşayan, 2013-2014 və 2015-2016-cı illər arasında iki fərqli dövrdə "Qaziantepspor"u çalışdıran Sergen Yalçındır. Qeyd edək ki,  çempion məşqçi 2021-ci il dekabrın 9-dan “ağ-qaralar”dan ayrıldıqdan sonra işsizdir.

Rafael

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər