Türkiyə futbolunun əfsanəsi Sərgən Yalçının yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, veteran futbolçu yeni mövsümdən etibarən "Yeni Malatyaspor"u çalışdıracaq. İrfan Buzla yolları ayıran klub rəhbərliyi yeni baş məşqçi ilə bütün detallarda razılığa gəlib.
Siyahısında Ertuğrul Sağlam, Mustafa Reşit Akçay və Bülənt Qorxmaz kimi adlar olan rəhbərlik sonuncu dəfə ötən mövsüm "Kayserispor"da çalışmış Yalçının üzərində dayanıb. Yaxın günlərdə yeni məşqçinin rəsmən müqavilə imzalayacağı və rəhbərliyin də bu transfer haqda açıqlama verəcəyi gözlənilir. Bunda əlavə münasibətlər rəsmiləşəndən sonra rəhbərliklə Yalçının transferlər haqda müzakirələr aparacağı bildirilir.
"Yeni Malatyaspor" yeni mövsümdən etibarən Türkiyə Super Liqasında mübarizə aparacaq.
Fanat.Az