Millimizin “milliləşdirilmiş” müdafiəçisi Ufuk Budakın oynadığı “Kayserispor”un yeni baş məşqçisinin adı məlumdu. Fanat.Az xəbər verir ki, komandanı Sərgən Yalçın çalışdıracaq.
Hakan Kutlunun istefasından sonra baş məşqçisiz qalan komandanın “sükanı” digər namizədə - Ərtuğrul Sağlama deyil, məhz Yalçına həvalə olunacaq. Yaxın keçmişin ulduz yarımmüdafiəçisinin Kayseri təmsilçisiylə bu həftə rəsmi müqavilə imzalaması gözlənilir.
Fanat.Az