Sergen Yalçın biabırçı məğlubiyyətdən danışdı - VİDEO

Sergen Yalçın biabırçı məğlubiyyətdən danışdı - VİDEO

Ötən gün UEFA Çempionlar Liqasının sonuncu turu çərçivəsində Dortmund "Borussiya"sı öz meydanında "Beşiktaş"ı qəbul edib.

Fanat.Az xəbər verir ki, oyun meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:0.

Meydandan məğlub ayrılan "Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirib:

“Çempionlar Liqası çox çətindir. Danışacaq çox şey var, amma indi doğru zaman deyil. Bəhanə gətirmək istəmirəm, bütün məsuliyyət mənim üzərimdədir”.

Qeyd edək ki,  Türkiyə təmsilçisi mübarizə apardığı C qrupunda xal toplaya bilmədiyi üçün sonuncu olub. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər