WTA qadın tennisçilərin növbəti reytinq cədvəlini açıqlayıb. Fanat.az xəbər verir ki, Serena Uilyams ilk pillədəki mövqeyini qoruyub.
Çin Açıq Tennis Turnirinin finalında Jelena Yankoviçi yenən amerikalı tennisçi aktivindəki 13260 xalla birinci pillədə qərarlaşıb. Bu mövsüm iki "Qrand Slam" (Fransa və ABŞ açıq tennis turnirləri) qazanan 32 yaşlı Uilyams fevral ayından reytinq cədvəlinə başçılıq elir.
İki iki mövsümdə Avstraliya Açıq Tennis Turnirin qalibi olan və ABŞ-dakı "Qrand Slam"ın finalında Serenaya uduzan belaruslu Viktoriya Azarenka ikinci olub. ABŞ Açıq Tennis Turnirində çiynindən zədələndikdən sonra kortlardan uzaq qazan rus Mariya Şarapova isə üçüncü yeri tutub.
Çindəki turnirin finalında Uilyamsa yenilməsinə rəğmən xalını 3860-a yüksəldən serb Jelena Yankoviç 11-ci pillədən 8-ci yerə yüksələrək "onluğa" daxil olub. İlk "onluq"da iki yerdəyişmə olub. Belə ki, Danimarkalı Karoline Voznyiaçki 9-cu, alman Angeliqe Kerber 10-cu pilləyə yuvarlanıb.
1 (1). Serena Uilyams (ABŞ) 13260
2 (2). Viutoriya Azarenka (Belarus) - 8485
3 (3). Mariya Şarapova (Rusiya) - 6941
4 (4). Agnieska Radvanska (Polonya) - 6195
5 (5). Li Na (Çin) - 5365
6 (6). Sara Errani (İtaliya) - 4435
7 (7). Petra Kvitova (Çexiya) - 4315
8 (11). Jelena Yankoviç (Serbiya) - 3860
9 (8). Karolina Voznyaçki (Danimarka) - 3845
10 (9). Angeliqe Kerber (Almaniya) - 3645