Serena 20-ci dəfə çempion oldu

Serena 20-ci dəfə çempion oldu
Mövsümün ikinci "Grand slam"ı olan "Fransa Open" turnirində qadınların yarışının qalibi müəyyənləşib. Fanat.az хəbər verir ki, finalda Serena Uilyamsla Lusie Safarova qarşı-qarşıya gəlib.
İlk setdə Serena 6:3, ikinci setdə Lusie 7:6 hesablı qələbə qazanıb. Tay-brekdə rəqibini 6:2 hesabı ilə üstələyən Uilyams turnirin qalibi olub - 2:1.
Beləliklə, Serena "Fransa Open"də 3-cü, ümumilikdə isə 20-ci "Grand slam" mükafatını qazanıb. 
Qeyd edək ki, "Fransa Open"də kişilərin yarışının finalçıları da müəyyənləşib. Bu gün Bakı vaхtı ilə saat 18.00-da başlayacaq görüşdə isveçrəli Stanislas Vaarinka və serb Novak Cokoviç qarşılaşacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər