Sərdar Azmun Rusiyaya qayıdacaq

Sərdar Azmun Rusiyaya qayıdacaq

İranlı hücumçu Sərdar Azmunun keçmiş sevgilisi futbolçunun uşağının atası kimi tanınması tələbi ilə məhkəməyə müraciət edib.

Fanat.Az "Sport Express"ə istinadən xəbər verir ki, proses Sankt-Peterburqda baş tutacaq.

Qızın vəkilinin sayta verdiyi müsahibədə dediyi kimi, onun müştərisi atalığın müəyyənləşdirilməsini və futbolçunun maaşının 25%-i məbləğində aliment istəyir. 

Vəkilin sözlərinə görə, hakim artıq vəsatəti təmin edib və hər iki tərəfin iştirakı ilə məhkəmə-molekulyar-genetik ekspertiza təyin edib.

Beləliklə, hazırda Leverkuzen "Bayer"ində çıxış edən Azmun Rusiyaya uçmalı olacaq.

Xatırladaq ki, Serdar Azmun "Bayer"ə ötən qış Sankt-Peterburq "Zenit"indən keçmişdi.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər