Serbiyada şübhəli oyun - UEFA araşdırma aparır

Serbiyada şübhəli oyun - UEFA araşdırma aparır

Serbiya Super Liqasının "Radnik" - "Novi Pazar" matçı UEFA tərəfindən şübhəli oyun olaraq qiymətləndirilib.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, həmin qarşılaşmada saxtakarlıq olub-olmadığını müəyyən etmək üçün araşdırmaya start verilib. 

Aprelin 11-də keçirilən matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, ən adi liqa oyunu kimi görünsə də, UEFA ilə birbaşa əlaqəli İxtisaslaşdırılmış Mərc Oyunlarının Monitorinqi Xidməti "Radnik"in qələbəsi ilə bağlı bir neçə şübhəli məqam, o cümlədən, bukmeker kontorlarında çox böyük ödənişlər aşkarlayıb.

Qitə futbol qurumu buna dərhal reaksiya verərək Belqrada mesaj ünvanlayıb. Oyuna təsir edən bütün halları müəyyən etmək üçün ətraflı araşdırma aparılır. İndilik "Novi Pazar"ın bir neçə oyunçusu manipulyasiyada şübhəli bilinib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər