Şensnı əsas heyətdəki yerini itirmək ehtimalı ilə bağlı sualı belə cavablandırdı

Şensnı əsas heyətdəki yerini itirmək ehtimalı ilə bağlı sualı belə cavablandırdı

"Barselona"nın 34 yaşlı qapıçısı Voytsex Şensnı almaniyalı qolkiper Mark Andre ter Ştegenin sıraya dönməsindən sonra əsas heyətdəki yerini itirmək ehtimalına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Mən "Barselona"ya ter Ştegeni əvəzləməyə gəlmişəm. Onun geri qayıtmasına, start heyətdə yer almasına qarşı deyiləm. Baş məşqçi kapitanın "11-lik"də olmasına qərar versə, bu, mənim üçün tam normal addım sayılacaq". 

Xatırladaq ki, ter Ştegen ötən ilin noyabrında ağır zədə alandan sonra Şensnı karyerasını bərpa edərək "Barselona" ilə 1 mövsümlük müqavilə bağlayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər