Bu gün AVRO-2020-nin seçmə mərhələsində IX tura start verilib.
Fanat.Az xəbər ki, H qrupunda yer alan Türkiyə millisi də olduqca önəmli matça çıxıb.
Şenol Güneşin komandası İslandiyanı qəbul edib. Qardaş ölkə millisinin yenilməyəcəyi halda Avropa çempionatının finalına vəsiqə qazanacağı öncədən bəlli idi. Əvvəlki matçlara nəzərən türklər üçün münasib rəqib sayılmayan şimallılarla oyun yetərincə gərgin alınıb. Qolsuz bərabərliyə sevinən tərəf isə təbii ki, meydan sahibləri olub.
Fanat.Az