"Everton"un hücumçusu İliman Ndiaye karyerasını İngiltərə nəhənglərində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Footmercato" yayıb.
Məlumata görə, 25 yaşlı forvardın xidmətində "Mançester Siti", "Liverpul" və "Tottenhem" maraqlıdır.
Seneqallı futbolçu 2024-cü ilin yayından Liverpul təmsilçisinin uğurları üçün çalışır. Cari mövsüm bütün turnirlərdə 15 matça çıxan ön xətt oyunçusu 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Everton"la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
Nihat