Şelvi vətənini Türkiyəyə dəyişdi

Şelvi vətənini Türkiyəyə dəyişdi

İngiltərəli yarımmüdafiəçi Conсo Şelvi “Nottingem Forest”dən ayrılaraq Türkiyənin “Rizəspor” klubuna keçib.

Fanat.Az xəbər verir ki, məlumatı Premyer Liqa klubunun rəsmi saytı yayıb.

31 yaşlı futbolçu Türkiyə komandasına bir mövsümlük icarə əsasında keçib. Hələlik klublar mövsümün sonunda yarımmüdafiəçini satın alma ehtimalını açıqlamayıblar.

“Rizəspor” hazırda Türkiyə Super Liqasında 5-ci yerdədir. Klub 4 turda 7 xal toplayıb. 

Conco Şelvi 2023-cü ilin qışında "Nottingem Forest"ə qoşulub. O, "Nyukasl"dan 6,5 milyon avroya alınıb. Bu müddət ərzində ingilis futbolçu məhsuldarlıq baxımından seçilmədən 8 görüş keçirib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər