"Seltik" keçmiş baş məşqçisini geri qaytarır

"Seltik" keçmiş baş məşqçisini geri qaytarır

"Seltik"in baş məşqçisi postuna namizəd bəlli olub. 

Fanat.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. 

Xəbərə görə, Şotlandiya klubu sabiq çalışdırıcısı Brendan Rocersi komandanın başına gətirə bilər. 

50 yaşlı şimali irlandiyalı mütəxəssis 2016-2019-cu illərdə Şotlandiya təmsilçisinin baş məşqçisi olub. 2019-cu ildən klubunu dəyişərək "Lester"ə keçib. 

Xatırladaq ki, "Seltik"in baş məşqçisi Anqe Postekoğlu ötən həftə "Tottenhem" klubu ilə anlaşıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər