Sel fəlakəti Bundesliqanı "vurdu"

Sel fəlakəti Bundesliqanı "vurdu"

Futbol üzrə Avstriya Bundesliqasında 6-cı tur çərçivəsində keçirilməli olan "Zalsburq" - "Austria Klagenfurt" təxirə salınıb.

Fanat.Az xəbər verir ki, bu barədə çempionatı keçirən qurum məlumat yayıb.

Buna səbəb əlverişsiz hava şəraitidir. Matç bu gün Zalsburqda baş tutmalı idi. Lakin həftəsonu Avstriyada leysan və tufanların davam edəcəyi gözlənilir və daşqın riski var.

Oyun üçün əlavə tarix daha sonra açıqlanacaq.

Əlverişsiz hava şəraiti səbəbindən Avstriya ikinci divizionunda da bir neçə matç ləğv edilib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər