Şəhriyar Məmmədyarov Norveçdə sonuncu oldu

Şəhriyar Məmmədyarov Norveçdə sonuncu oldu
Norveçin Stavanqer şəhərində keçirilən şahmat üzrə superturnir cümə günü 9-cu partiyanın oyunları ilə başa çatıb.
Fanat.Az xəbər verir ki, turnirin qalibi sona bir tur qalmış norveçli hazırkı dünya çempionu Maqnus Karlsen olub. O, 13,5 xal toplayıb.
İkinci yeri erməni Levon Aronyan və çinli Yuy Yanyi (hərəyə 10,5 xal) tutub. Sonrakı yerlərdə amerikalı Uesli So və Fabiano Karuana (10), çinli Din Lijen (8,5), hindistanlı Vişvanatan Anand və fransalı Maksim Vaşye-Laqrav (8) qərarlaşıb.
Yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov 5,5 xal toplayıb və rusiyalı Aleksandr Qrişukla sonuncu pilləni bölüşüb.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər