"Qarabağ"dan ayrılan İbrahim Şehiç Super Liqaya yeni vəsiqə qazanmış "Ərzurumspor"a keçməkdən imtina edib.
Fanat.Az xəbər verir ki, Bosniya və Hersoqovina millisinin üzvü digər Super Liqa klubu ilə anlaşıb.
"Ərzurumspor"la prinsipial anlaşma əldə edən qolkiper Rizə təmsilçisindən daha sərfəli təklif aldığından fikrini dəyişib. "Çaykur Rizəspor" həmçinin "Mançester Yunayted"in sabiq ulduzu, hazırda Serbiyanın "Partizan" klubunda forma geyinən Zoran Toşiçlə də anlaşıb.
Fanat.Az