Seçmə mərhələ oyunu güclü yağışa görə yarıda qaldı

Seçmə mərhələ oyunu güclü yağışa görə yarıda qaldı

AÇ-2024-ün seçmə mərhələsinin 4-cü turunun Şotlandiya - Gürcüstan oyunu yarımçıq dayandırılıb.

Fanat.Az xəbər verir ki, buna görüşün keçirildiyi Hampden Park stadionuna güclü yağışın yağması səbəb olub.

Baş hakim İstvan Vad 10-cu dəqiqədə matçı yarımçıq dayandırıb və futbolçuları paltardəyişmə otağına göndərib. Meydan sudan təmizləndikdən sonra qarşılaşmanın davam etdirilməsinə qərar verilib.

Xatırladaq ki, sözügedən görüşün 6-cı dəqiqəsində Şotlandiya hesabı açıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər