“Mançester Yunayted” klubunun rəhbərliyi komandanın baş məşqçisi Erik ten Haqı əvəzləməyi ciddi şəkildə düşünməyə başlayıblar.
Fanat.Az xəbər verir ki, bu barədə "Teamtalk" məlumat yayıb.
Mənbənin məlumatına görə, mankunianlılar yeni baş məşqçi axtarışlarına başlayıblar. Ten Haqın postundan uzaqlaşdırılması zaman məsələsidir. “Qırmızı şeytanlar” ilk növbədə yeni məşqçini müəyyənləşdirmək istəyir, bundan sonra niderlandlı çalışdırıcı ilə bağlı qərar verəcək.
"Mançester Yunayted" İngiltərə Premyer Liqasının yeni mərhələsinə uğursuz başlayıb. Mankunian nəhəngi 5 turdan sonra 7 xal toplayıb. Komanda Premyer Liqanın turnir cədvəlində cəmi 11-ci yerdədir.
Mirağa